“Şamaxı”dan transfer - RƏSMİ

“Şamaxı”dan transfer - RƏSMİ

“Şamaxı” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

QELEBE.AZ xəbər verir ki, "münəccimlər" Uğur Cahangirovu heyətinə qatıb. 

25 yaşlı futbolçu növbəti iki mövsümü komandada keçirəcək.

Uğur Cahangirovun son klubu “Karvan-Yevlax” olub. Ondan əvvəl isə Cahangirov “Sumqayıt”ın formasını geyinib.

Yarımmüdafiəçi 2023-cü ildə “Şamaxı”nın şərəfini qoruyub.