DÇ-26: Braziliya heç-heçə ilə başladı - YENİLƏNİB
2026-cı il dünya çempionatında C qrupunda mübarizəyə start verilib.
QELEBE.AZ xəbər verir ki, mundialların ən titullu komandası Braziliya Afrika futbolunun yüksələn ulduzu Mərakeş ilə qarşılaşıb.
Nyu-Yorkda keçirilən görüş qarşılıqlı qollarla başlayıb. Hesabı Afrika təmsilçisi açsa da, braziliyalılar bərabərlik topunu vurmağı bacarıb.
İkinci hissədə tərəflərin səylərinə baxmayaraq oyunda hesab dəyişməyib.
DÇ-2026
B qrupu
14 iyun 02:00
Braziliya - Mərakeş 1:1
Qollar: V. Junior, 32 - İ. Saibari, 21
Braziliya: Alisson, Duqlas Santos, Qabriel, Markinyos, Rocer İbanyes, Kazemiro, Bruno Gimarayns, Vinisius Junior, Lukas Paketa, Rafinya, İqor Tiaqo.
Mərakeş: Bono, Mazraui, Riad, Diop, Hakimi, El Aynaoui, Buaddi, El Hannus, Unahi, Brahim Dias, Saibari.

https://qalaba.az//uploads/photo/dch-26-braziliya-hech-heche-ile-bashladi-yenilenib.webp