7 qolluq qələbə, 239 qolluq tarix – Almaniya DÇ zirvəsində
Almaniya millisi dünya çempionatları tarixində yeni rekorda imza atıb.
Apasport.az xəbər verir ki, Bundestim DÇ-2026-nın qrup mərhələsində Kurasao yığmasını 7:1 hesabı ilə məğlub edib.
Bu qələbədən sonra Almaniyanın mundiallar tarixində vurduğu qolların sayı 239-a çatıb.
Bununla da Avropa təmsilçisi Braziliyanı geridə qoyaraq dünya çempionatları tarixinin ən çox qol vuran komandası olub.
Braziliya millisi hazırda 238 qolla ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, Almaniya E qrupunda Kurasao, Fil Dişi Sahili və Ekvadorla mübarizə aparır.

https://qalaba.az//uploads/photo/7-qolluq-qelebe-239-qolluq-tarix-almaniya-dch-zirvesinde.webp