Millimizin üzvü Rumıniya klubunda - RƏSMİ
Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, 23 yaşlı müdafiəçi karyerasını Rumıniyada davam etdirəcək.
Hüseynov “Petrolul” klubuna keçib. Rumıniya təmsilçisi azərbaycanlı futbolçu ilə 2 illik müqavilə imzaladığını açıqlayıb.
Cəlal Hüseynov son olaraq Bolqarıstanın “Arda” klubunda çıxış edib.
Qeyd edək ki, müdafiəçi Azərbaycan millisinin də formasını geyinir.

https://qalaba.az//uploads/photo/millimizin-uzvu-ruminiya-klubunda-resmi.webp