Oçoa karyerasını bitirir – DÇ-2026-dan sonra vida
Meksika millisinin əfsanəvi qapıçısı Gilyermo “Memo” Oçoa peşəkar futbolçu karyerasını başa vuracaq.
QELEBE.AZ xəbər verir ki, 40 yaşlı qolkiper DÇ-2026-dan sonra futbolla vidalaşacaq.
Oçoa bu mundialda iştirak etməklə karyerasında 6-cı dəfə dünya çempionatında yer alıb.
Meksikalı qapıçı daha əvvəl 2006, 2010, 2014, 2018 və 2022-ci illərdə də mundial heyətində olub.
Qeyd edək ki, Oçoa Meksika millisinin heyətində 151 oyun keçirib. O, xüsusilə 2014-cü il dünya çempionatında Braziliyaya qarşı möhtəşəm çıxışı ilə futbolsevərlərin yaddaşında qalıb.

https://qalaba.az//uploads/photo/ochoa-karyerasini-bitirir-dch-2026-dan-sonra-vida.webp