Portuqaliya xal itirdi - Neveş matçın ən yaxşısı seçildi
Portuqaliya millisinin futbolçusu Joao Neveş DÇ-2026-nın qrup mərhələsində DR Konqoya qarşı keçirilən oyunun ən yaxşısı seçilib.
QELEBE.AZ xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi K qrupunun ilk tur matçında komandasının yeganə qoluna imza atıb.
Görüş 1:1 hesabı ilə başa çatıb. Portuqaliyanın qolunu 6-cı dəqiqədə Joao Neveş vurub.
DR Konqonun heyətində isə 45+5-ci dəqiqədə Yoan Vissa fərqlənib.
Qeyd edək ki, Neveş bu qolla Portuqaliya millisinin dünya çempionatları tarixində qol vuran ən gənc 3-cü futbolçusu olub.

https://qalaba.az//uploads/photo/portuqaliya-xal-itirdi-nevesh-matchin-en-yaxshisi-sechildi.webp