Parastolüstü tennisçilərimiz Çexiyada beynəlxalq turnirdə mübarizə aparacaq
18-20 iyun tarixlərində Çexiyanın Ostrava şəhərində parastolüstü tennis üzrə beynəlxalq turnir keçiriləcək.
Apasport.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Bildirilir ki, yarışda ölkəmizi 10-cu kateqoriya üzrə yeniyetmə paralimpiyaçılarımız Dinara Sunçeleyeva və Raul Əsədov təmsil edəcəklər.
Paralimpiyaçılarımız turnirdə məşqçi Əkbər Qubuşovun rəhbərliyi altında mübarizə aparacaqlar.

https://qalaba.az//uploads/photo/parastolustu-tennischilerimiz-chexiyada-beynelxalq-turnirde-mubarize-aparacaq.webp