Beyranvanddan möhtəşəm oyun - İran qapıçısı matçın oyunçusu seçildi
Futbol üzrə dünya çempionatında Belçika və İran yığmaları arasında keçirilən G qrupunun II tur matçının ən yaxşı futbolçusu müəyyənləşib.
QELEBE.AZ xəbər verir ki, bu ada İran millisinin qapıçısı Əlirza Beyranvand layiq görülüb.
Təcrübəli qolkiper qarşılaşma ərzində 7 seyv edərək komandasının qapısını toxunulmaz saxlayıb və 0:0 hesabı ilə başa çatan oyunda əsas pay sahiblərindən biri olub.
Qeyd edək ki, İran ilk turda Yeni Zelandiya ilə 2:2 hesablı heç-heçə etmişdi. Komanda iki oyundan sonra 2 xal toplayıb. İran qrupdakı son matçını Misirə qarşı keçirəcək.

https://qalaba.az//uploads/photo/beyranvanddan-mohteshem-oyun-iran-qapichisi-matchin-oyunchusu-sechildi.webp