DÇ-26: Argentina Avstriya ilə liderlik döyüşündə - YENİLƏNİR
2026-cı il dünya çempionatında J qrupunun II turunun oyunları keçiriləcək.
QELEBE.AZ xəbər verir ki, turun mərkəzi görüşlərindən birində Argentina millisi Avstriya ilə qarşılaşacaq.
Matç bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Hər iki komanda mundiala qələbə ilə start verib. Argentina ilk turda Əlcəzairi 3:0, Avstriya isə İordaniyanı 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, J qrupunun digər oyununda İordaniya Əlcəzairlə üz-üzə gələcək.
Dünya çempionatı
J qrupu, II tur
22 iyun
21:00. Argentina – Avstriya

https://qalaba.az//uploads/photo/dch-26-argentina-avstriya-ile-liderlik-doyushunde-yenilenir.webp