Azərbaycan avarçəkənləri Litvada keçiriləcək beynəlxalq reqatada iştirak edəcəklər
Azərbaycan avarçəkənləri Litvada keçiriləcək akademik avarçəkmə üzrə 64-cü "Amber Oars" beynəlxalq reqatasında iştirak edəcəklər.
QELEBE.AZ xəbər verir ki, Azərbaycanı turnirdə 5 idmançı - Ziya Məmmədzadə, Nurlan Paşayev, Azər İlyasov, İsabala Dadaşzadə və Murad Abbaslı təmsil edəcəklər.
Komanda yarışa baş məşqçi Volodimir Morozovun rəhbərliyi ilə yollanacaq.
Qeyd edək ki, iyununj 26-28-də Litvanın Trakay şəhərində təşkil olunacaq "Amber Oars" beynəlxalq reqatası avarçəkmə üzrə ənənəvi beynəlxalq yarışlardan biri hesab olunur.

https://qalaba.az//uploads/photo/azerbaycan-avarchekenleri-litvada-kechirilecek-beynelxalq-reqatada-ishtirak-edecekler.webp