DÇ-2026 ona düşərli oldu: İzləyici sayı milyonları keçdi
Braziliya millisinin və “Zenit”in müdafiəçisi Duqlas Santos DÇ-2026-da Şotlandiya ilə matçdan sonra sosial şəbəkədə böyük diqqət qazanıb.
Apasport.az xəbər verir ki, 3:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra futbolçunun hesabına təxminən 1,5 milyon yeni izləyici gəlib.
Santos Şotlandiya ilə C qrupunun III tur matçına start heyətində başlayıb və 82-ci dəqiqədə əvəzlənib. Braziliya bu qələbə sayəsində qrup lideri kimi pley-offa yüksəlib.
Qeyd edək ki, Şotlandiya ilə oyuna qədər müdafiəçinin 500 min izləyicisi var idi. Hazırda bu rəqəm 2,1 milyonu keçib. İyunun 1-də, dünya çempionatı başlamazdan əvvəl isə Duqlas Santosu 178 min nəfər izləyirdi.

https://qalaba.az//uploads/photo/dch-2026-ona-dusherli-oldu-izleyici-sayi-milyonlari-kechdi.webp