Konfrans Liqası: "Qarabağ" "Gent"i məğlub edib - VİDEO

Konfrans Liqası: "Qarabağ" "Gent"i məğlub edib - VİDEO

"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. 

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda Belçikanın "Gent" klubu ilə üz-üzə gəlib. 

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanı Məhəmməd Al-Hakimin  rəhbərlik etdiyi İsveçdən olan hakimlər briqadası idarə edib. Matç Türkiyə və Suriyada baş vermiş zəlzələdə dünyasını dəyişənlərin xatirəsinə görə bir dəqiqəlik sükutla başlayıb. 

Görüşün ilk dəqiqələri kəşfiyyat xarakteri daşıyıb. 8-ci dəqiqədə rəqib hesabı açmağa yaxın olsa da, istəyinə nail ola bilməyib. 24-cü dəqiqədə "Gent"in növbəti hücumu da təhlükəli alınıb.  Azərbaycan çempionu ilk yarım saatda çərçivəyə düşməkdə çətinlik çəkib. 32-ci dəqiqədə Elvin Cəfərquliyevin zərbəsindən sonra top toru yandan silkələyib. İlk hissə qolsuz bərabərliklə yekunlaşıb. 

İkinci yarıya "köhlən atlar" daha fəal başlayan tərəf olub. 47-ci dəqiqədə Ramil Şeydayevin fərqlənməsinə rəqib qapıçı imkan verməyib. Ardınca referi VAR-a baxdıqdan sonra qonaqların qapısına penalti təyin edib. Ramil Şeydayev 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. 10 dəqiqə sonra "Qarabağ"ın hücumu növbəti dəfə təhlükəli alınıb. Ağdam təmsilçisi sonlara yaxın "Gent"i öz cərimə meydançasında sıxmağa başlayıb. Bunun məntiqli nəticəsi kimi 78-ci dəqiqədə Leandro Andrade topu rəqib qapısından keçirib. 89-cu dəqiqə Redon Cicanın zərbəsindən sonra top dirəyə dəyib. 

Beləliklə, matç Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Cavab görüşü fevralın 23-də Belçikada baş tutacaq. 

23:22

Bakıda "Qarabağ" və Belçikanın "Gent" klubu arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda hesab açılıb. 

"Report"un məlumatına görə, 78-ci dəqiqədə "köhlən atlar"ın yarımmüdafiəçi Leandro Andrade topu rəqib qapısından keçirib. 

22:57

"Qarabağ" Bakıda Belçikanın "Gent" klubuna qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda penaltidən yararlana bilməyib. 

"Report"un məlumatına görə, 51-ci dəqiqədə Ramil Şeydayev 11 metrlik cərimə zərbəsini boşa verib. 

Qeyd edək ki, hələlik görüşdə hesab açılmayıb.




22:48

Bakıda "Qarabağ" və Belçikanın "Gent" klubu arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.  

"Report"un məlumatına görə, hələlik qarşılaşmada hesab açılmayıb. 

22:32

Bakıda "Qarabağ" və Belçikanın "Gent" klubu arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda birinci hissə başa çatıb. 

"Report"un məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar. 

21:45

Bakıda "Qarabağ" və Belçikanın "Gent" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu start götürüb. 

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də başlayıb. 

Matç Türkiyə və Suriyada baş vermiş zəlzələdə dünyasını dəyişənlərin xatirəsinə görə bir dəqiqəlik sükutla başlayıb. 

Bundan əlavə, futbolçular meydana "yanınızdayız" pankartı ilə çıxıblar. 

Görüşü Məhəmməd Al-Hakimin  rəhbərlik etdiyi İsveçdən olan hakimlər briqadası idarə edir.

20:20

Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək "Qarabağ" və Belçika "Gent"inin start heyətləri açıqlanıb.

"Report"un Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Qarabağ": 23. Luka Quqeşaşvili. 6. Julio Romao, 8. Marko Yankoviç, 9. Musa Qurbanlı, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev

Ehtiyar oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Yassin Benzia, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 87. Adama Diakabi, 99. Redon Cica

Baş məşqçi: Qurban Qurbanov

"Gent": 33.Deyvi Rof, 2.Cozef Okumu, 5.Mişel Nqadye-Nqacui, 7.Xönseok Xon, 11.Uqo Kuypers, 13.Jülyen De Sart, 14. Alessio Kastro-Montes, 20. Villi Orban, 23.Cordan Torunariqa, 24.Sven Kums, 31.Bruno Qodo

Ehtiyat oyunçular: 1.Pol Nardi, 10.Yens Petter Hauge, 17.Endryü Hülsager, 19.Malik Fofana, 22.Süleyman Marre, 25.Nurio Fortuna, 29.Loran Depuatr

Baş məşqçi: Heyn Vanhazebruk

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

Futbol
"Neftçi"nin baş məşqçisi hakimə tüpürdüyü üçün cəzalanıb

"Neftçi"nin baş məşqçisi hakimə tüpürdüyü üçün cəzalanıb

Futbol
PFL mövsümün Gəncədəki ilk oyunu ilə bağlı reportaj hazırlayıb

PFL mövsümün Gəncədəki ilk oyunu ilə bağlı reportaj hazırlayıb

Futbol
Çilili baş məşqçi Braziliya millisinə rəhbərlik edə bilər

Çilili baş məşqçi Braziliya millisinə rəhbərlik edə bilər

Futbol
Konfrans Liqası: "Başakşehir", "Fiorentina" və "Vilyarreal pley-offa çıxıb

Konfrans Liqası: "Başakşehir", "Fiorentina" və "Vilyarreal pley-offa çıxıb

Futbol
Ronaldunun təqdimat mərasimini 3 milyard insan izləyib

Ronaldunun təqdimat mərasimini 3 milyard insan izləyib

Futbol
Almaniya klubu Türkiyə millisinin futbolçusunu heyətinə qatıb

Almaniya klubu Türkiyə millisinin futbolçusunu heyətinə qatıb

Futbol
"Barselona"nın müdafiəçisi zədələnib

"Barselona"nın müdafiəçisi zədələnib

Futbol
Silahlı şəxslər "Real Madrid"in futbolçusunun evinə girib

Silahlı şəxslər "Real Madrid"in futbolçusunun evinə girib

Futbol
"Qarabağ"la oyun öncəsi "Olimpiakos"un heyətinə yeni müdafiəçi cəlb olunub

"Qarabağ"la oyun öncəsi "Olimpiakos"un heyətinə yeni müdafiəçi cəlb olunub

Futbol
"Neftçi"nin futbolçusu Azərbaycan pasportu alıb

"Neftçi"nin futbolçusu Azərbaycan pasportu alıb

Futbol
Azərbaycanın FIFA referisi: "Arzum mundialın final mərhələsinə təyinat almaqdır"

Azərbaycanın FIFA referisi: "Arzum mundialın final mərhələsinə təyinat almaqdır"

Futbol
PSJ Messiyə yeni müqavilə təklif edəcək

PSJ Messiyə yeni müqavilə təklif edəcək