DÇ-2026: 1/16-da növbəti matç: Belçika-Seneqal
DÇ-2026-da 1/16 final mərhələsinin növbəti cütü müəyyənləşib.
QELEBE.AZ xəbər verir ki, pley-offun ilk raundunda Belçika və Seneqal milliləri üz-üzə gələcək.
Belçika G qrupunu lider kimi başa vurub. Seneqal isə I qrupunu 3-cü pillədə tamamlayaraq ən yaxşı üçüncülər sırasında 1/16 finala vəsiqə qazanıb.
Qeyd edək ki, Belçika - Seneqal qarşılaşması iyulun 1-də keçiriləcək.

https://qalaba.az//uploads/photo/dch-2026-116-da-novbeti-match-belchika-seneqal.webp