Estakio qələbə qolunu vurdu: Matçın ən yaxşısı seçildi
Kanada millisinin futbolçusu Stiven Estakio fərdi mükafata layiq görülüb.
QELEBE.AZ xəbər verir ki, FIFA onu DÇ-2026-nın 1/16 finalında Cənubi Afrika Respublikası ilə keçirilən görüşün ən yaxşı futbolçusu seçib.
30 yaşlı yarımmüdafiəçi Kanadanın 1:0 hesablı qələbəsini təmin edən yeganə qolu vurub. O, qarşılaşmanı 8,2 reytinq balı ilə başa vurub.
Qeyd edək ki, Kanada bu qələbə ilə tarixində ilk dəfə dünya çempionatının 1/8 finalına yüksəlib. Şimali Amerika təmsilçisi növbəti mərhələdə Niderland – Mərakeş cütünün qalibi ilə üz-üzə gələcək.

https://qalaba.az//uploads/photo/estakio-qelebe-qolunu-vurdu-matchin-en-yaxshisi-sechildi.webp