Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
Paraqvayda Almaniya üzərində qazanılan qələbədən sonra xüsusi qərar verilib.
QELEBE.AZ xəbər verir ki, ölkə Prezidenti Santyaqo Penya DÇ-2026-nın 1/16 finalında Almaniyanın mübarizədən kənarlaşdırılması münasibətilə 30 iyunu rəsmi tətil elan edib.
Paraqvay millisi əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan oyunda Almaniyanı penaltilər seriyasında məğlub edərək 1/8 finala yüksəlib.
Qeyd edək ki, Cənubi Amerika təmsilçisi növbəti mərhələdə Fransa - İsveç cütünün qalibi ilə qarşılaşacaq.

https://qalaba.az//uploads/photo/paraqvayda-tarixi-qelebeye-xususi-qerar-30-iyun-resmi-tetil-elan-edildi.webp