Ekspert: "Qarabağ" artıq "Gent"in nəyə qadir olduğunu yaxşı bilir"

Ekspert: "Qarabağ" artıq "Gent"in nəyə qadir olduğunu yaxşı bilir"

"Qarabağ" artıq "Gent"in nəyə qadir olduğunu yaxşı bilir".

Bunu "Report"a açıqlamasında futbol eksperti, menecer Səbuhi Səfiyarlı Azərbaycan və Belçika təmsilçilərinin Bakıda keçirilmiş UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

"O, "köhlən atlar"ın rəqibi yaxşı analiz etdiyini bildirib: "İki epizod istisna, "Gent"in təhlükəli hücum təşkil etməsinə, kombinasiyalar qurmasına imkan verilmədi. Buna görə qapıda elə də təhlükəli vəziyyət yaranmadı. Bu cəhətdən "Qarabağ"ın "Gent"i üstələdiyini demək olar. Çünki komanda çox yaxşı qol epizodları yaradırdı və qonaqları çətin vəziyyətə sala bilirdi. Belçika klubunun müdafiə xəttinin etibarlı olmaması tez-tez qol şansları yaratmağa ikman verirdi. Təəssüf ki, Ramil Şeydayev penaltini boşa verdi və oyunçular bir-iki epizodda fərqlənməyə yaxın olsalar da, bundan yararlana bilmədilər. Amma lazım olan nəticəni əldə etdilər. "Qarabağ"ın bir neçə qol vəziyyəti yaradacağı və ustalıq sayəsində bundan yararlana biləcəyi əvvəlcədən gözlənilirdi. Əsas odur ki, komanda arxa xətdə etibarlı oynadı və qol buraxmadı. Burada xüsusən Bəhlul Mustafazadəni qeyd etmək istəyirəm, Julio Romao da əvvəlkindən daha yaxşı təsir bağışlayırdı".

Səfiyarlı matçdan əvvəl Belçika təmsilçisinin kağız üzərində daha üstün hesab olunduğunu diqqətə çatdırıb: "Amma bu oyun göstərdi ki, "Qarabağ" heç də rəqibindən geri qalmır. Qarşılaşmadan əvvəl "Gent"in növbəti mərhələ üçün şansı daha çox hesab edilirdisə, ilk oyundan sonra "Qarabağ"ın şansının 50 faizdən daha çox olduğunu demək olar".

Ekspert ağdamlıların rəqib meydanında oyun üslubunu saxlayacağını söyləyib: "Səfərdə azarkeş təzyiqi də bir az çox olacaq. Belçika klubu da buraxdığı qolun əvəzini çıxmağa çalışacaq. Onlarda da ustalıq səviyyəsi yüksək olan futbolçular çoxdur. Amma əminəm ki, "Qarabağ" təzyiqin altından çıxmağı bacaracaq. Komanda dəfələrlər böyük komandalara qarşı bunu nümayiş etdirib. Azərbaycan çempionu 1/8 final üçün bir addım daha öndədir".

Qeyd edək ki, "Qarabağ" rəqibini 1:0 hesabı ilə məğlub edib. Cavab qarşılaşması fevralın 23-də gerçəkləşəcək.

Futbol
Azərbaycan millisi Şimali Makedoniyaya qalib gəlib

Azərbaycan millisi Şimali Makedoniyaya qalib gəlib

Futbol
Azərbaycan Premyer Liqası: "Kəpəz" "Səbail"i, "Zirə" "Neftçi"ni qəbul edəcək

Azərbaycan Premyer Liqası: "Kəpəz" "Səbail"i, "Zirə" "Neftçi"ni qəbul edəcək

Futbol
Azərbaycan millisinin futbolçusu "Sabah"ın tarixinə düşüb

Azərbaycan millisinin futbolçusu "Sabah"ın tarixinə düşüb

Futbol
2022-ci ilin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

2022-ci ilin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

Futbol
Braziliyalı futzalçı: "Qalib ölkənin millisində oynamaq fəxrdir"

Braziliyalı futzalçı: "Qalib ölkənin millisində oynamaq fəxrdir"

Futbol
Azərbaycan Kuboku: "Qəbələ"nin yarımfinaldakı rəqibi müəyyənləşib

Azərbaycan Kuboku: "Qəbələ"nin yarımfinaldakı rəqibi müəyyənləşib

Futbol
“Real” 16 yaşlı braziliyalı alır

“Real” 16 yaşlı braziliyalı alır

Futbol
Avropa Liqasında V tura yekun vurulub

Avropa Liqasında V tura yekun vurulub

Futbol
Lionel Messi cari ildə beynəlxalq matçlarda ən çox qol vuran oyunçu olub

Lionel Messi cari ildə beynəlxalq matçlarda ən çox qol vuran oyunçu olub

Futbol
Mersisayd təmsilçiləri Qana millisinin futbolçusunu transfer etmək istəyir

Mersisayd təmsilçiləri Qana millisinin futbolçusunu transfer etmək istəyir

Futbol
"Neftçi"nin qapıçısı: "Vəziyyətimiz yaxşı deyil"

"Neftçi"nin qapıçısı: "Vəziyyətimiz yaxşı deyil"

Futbol
İtaliya yığmasının sabiq futbolçusu 58 yaşında vəfat edib

İtaliya yığmasının sabiq futbolçusu 58 yaşında vəfat edib