Sarr tarix yazdı - Seneqal millisinin rekordçusu oldu
Seneqal millisinin hücumçusu İsmaila Sarr dünya çempionatları tarixinə düşüb.
Apasport.az xəbər verir ki, 27 yaşlı futbolçu Belçika ilə DÇ-2026-nın 1/16 final oyununda vurduğu qolla mundiallardakı qol sayını 5-ə çatdırıb.
Bununla Sarr Seneqal yığmasının dünya çempionatları tarixində ən məhsuldar futbolçusu olub.
O, bu göstəricidə mərhum Papa Diopu geridə qoyaraq vahid rekordun sahibi olub. Diopun dünya çempionatlarında 4 qolu var idi.

https://qalaba.az//uploads/photo/sarr-tarix-yazdi-seneqal-millisinin-rekordchusu-oldu.webp