Daha bir əfsanədən vida: RONALDO AÇIQLADI
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo DÇ-2026-nın karyerasında son dünya çempionatı olacağını açıqlayıb.
QELEBE.AZ xəbər verir ki, 41 yaşlı hücumçu bunu İspaniya ilə 1/8 final oyunu öncəsi mətbuat konfransında deyib.
“Bu, mənim son dünya çempionatım olacaq. Amma ümid edirəm ki, sabah dünya çempionatında son oyunum olmayacaq”, - deyə Ronaldo bildirib.
Təcrübəli futbolçu futboldan vicdanı rahat ayrılacağını vurğulayıb. O, karyerası ərzində futbol üçün əlindən gələni etdiyini və hələ də oyuna sevgisinə görə meydanda olduğunu söyləyib.

https://qalaba.az//uploads/photo/daha-bir-efsaneden-vida-ronaldo-achiqladi.webp