Dambrauskas: “Əlimizdən gələnin ən yaxşısını edəcəyik”
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin "Sabah" - TNS matçından öncə "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.
QELEBE.AZ xəbər verir ki, təcrübəli mütəxəssis görüşlə bağlı fikirlərini bölüşüb:
"Ümid edirəm ki, yeni mövsümdə ötən illə müqayisədə daha çox uğur qazanacağıq. Avstriyada keçirdiyimiz iki həftəlik təlim-məşq toplanışının uğurlu keçdiyini düşünürəm. Azarkeşləri stadiona gələrək komandamızı dəstəkləməyə çağırıram. Əlimizdən gələnin ən yaxşısını edəcəyik".
Qeyd edək ki, “Sabah” – TNS oyunu iyulun 7-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək.

https://qalaba.az//uploads/photo/dambrauskas-elimizden-gelenin-en-yaxshisini-edeceyik.webp