“Ayaks”dan yeni transfer

“Ayaks”dan yeni transfer

"Ayaks" heyətini yeni futbolçu ilə gücləndirib.

QELEBE.AZ xəbər verir ki, klub Deyli Blindi transfer edib.

Bu barədə Niderland təmsilçisi məlumat yayıb.

36 yaşlı niderlandlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Blind "Ayaks"ın yetirməsidir. O, 2008-2014 və 2018-2022-ci illərdə Amsterdam komandasının uğurları üçün çalışıb. Blind "Ayaks"ın heyətində 333 matça çıxıb.

Qeyd edək ki, Deylinin son klubu "Jirona" olub.