“Real”dan UEFA-ya şok müraciət: “Barselona”nın titulları əlindən alınsın
“Real” rəhbərliyi UEFA-ya “Barselona” ilə bağlı rəsmi müraciət ünvanlayıb.
QELEBE.AZ xəbər verir ki, Madrid təmsilçisi İspaniya hakimlər texniki komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyranın fəaliyyəti dövründə “Barselona”nın qazandığı bütün titulların ləğv edilməsini istəyib.
Neqreyra 2001–2018-ci illərdə İspaniya Hakimlər Texniki Komitəsində rəhbər vəzifədə çalışıb. Həmin müddətdə Kataloniya klubu 30-dan çox titul, o cümlədən 9 La Liqa çempionluğu və 4 UEFA Çempionlar liqası kuboku qazanıb.
Xatırladaq ki, 2023-cü ildə “Barselona”ya korrupsiya ittihamı irəli sürülmüşdü. İspaniya mətbuatının məlumatına görə, klub 2001–2018-ci illərdə Neqreyraya müxtəlif şirkətlər vasitəsilə ödənişlər edib.

https://qalaba.az//uploads/photo/realdan-uefa-ya-shok-muraciet-barselonanin-titullari-elinden-alinsin.webp