Selcan Mahsudova: "Nəticəmdən həm məşqçim, həm də özüm razı qaldım"

Selcan Mahsudova: "Nəticəmdən həm məşqçim, həm də özüm razı qaldım"

"Əsas odur ki, məşqçim çıxışımdan razı qaldı. Elə özüm də razı qaldım".

Bunu "QELEBE.AZ"a açıqlamasında batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova bürünc medal qazandığı Bakıdakı Dünya Kubokunda göstərdiyi nəticə ilə bağlı danışarkən deyib.

2022-ci ildə Milli Gimnastika Arenasında təşkil edilən Dünya Kubokunda gümüş medal əldə edən 20 yaşlı idmançı eyni nəticəni təkrarlamamasının səbəbini yeni proqramda çıxış etməsində görüb: "Yeni proqramımla yaxşı nəticə göstərdiyim üçün çox sevinirəm. Dünya Kubokunun üçüncüsü oldum. Düzdür, ötən il ikinci yeri tutmuşdum. Amma heç nə olmaz. Bu da yaxşı nəticədir. Əsas odur ki, medalçılar sırasındayam. Ötənilki nəticəni ən azı təkrarlamağıma yeni proqramda çıxış etməyim mane ola bilər. Buna görə həyəcan çox idi".

O, hədəfinin Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq olduğunu vurğulayıb: "Bundan sonrakı hədəfim qarşıdakı Dünya Kuboku yarışlarında da medalçılar sırasına düşmək və ilin sonunda keçiriləcək dünya çempionatında olimpiadaya lisenziya qazanmaqdır".

Qeyd edək ki, Selcan Mahsudova qadınların fərdi yarışında 52.910 göstərici ilə üçüncü yeri tutub.

Fərdi
Dünya çempionatı: Azərbaycanın bədii gimnastı 6-cı yeri tutub

Dünya çempionatı: Azərbaycanın bədii gimnastı 6-cı yeri tutub

Fərdi
Dünya çempionatı: Azərbaycanın cüdo millisi finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın cüdo millisi finala yüksəlib

Fərdi
Atıcılıq üzrə Federasiya Kuboku yeniliklə yadda qalıb

Atıcılıq üzrə Federasiya Kuboku yeniliklə yadda qalıb

Fərdi
Bakıda keçirilən Dünya Kubokunun mükafatlandırma mərasimi olub

Bakıda keçirilən Dünya Kubokunun mükafatlandırma mərasimi olub

Fərdi
Azərbaycan badmintonçuları Maltada 3 medal qazanıblar

Azərbaycan badmintonçuları Maltada 3 medal qazanıblar

Fərdi
Azərbaycan idmançılarının dekabr ayı üçün reytinq cədvəli bəlli olub

Azərbaycan idmançılarının dekabr ayı üçün reytinq cədvəli bəlli olub

Fərdi
Azərbaycanın üç qadın şahmatçısı Dünya Kubokunda iştirak hüququ əldə edib

Azərbaycanın üç qadın şahmatçısı Dünya Kubokunda iştirak hüququ əldə edib

Fərdi
Bakıda keçiriləcək Böyük Dəbilqənin medalları təqdim olunub

Bakıda keçiriləcək Böyük Dəbilqənin medalları təqdim olunub

Fərdi
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabatı keçirilib

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabatı keçirilib

Fərdi
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda iştirak edəcək

Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda iştirak edəcək

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəlib

Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəlib

Fərdi
"Formula 1": "Red Bull" komandası böyük məbləğdə cərimələnib

"Formula 1": "Red Bull" komandası böyük məbləğdə cərimələnib