Bölgə klubunun hazırlıq planı müəyyənləşib
“Şahdağ Qusar”ın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib.
Apasport.az xəbər verir ki, komanda iyulun 20-də Bakıda toplanacaq.
Hazırlığın ilk mərhələsi paytaxtda, BOS-da keçiriləcək.
Avqustun 10-da isə klub Şamaxıya yollanacaq. Hazırlığın ikinci mərhələsi avqustun 24-dək burada davam edəcək.
Komanda yeni mövsümə hazırlıq çərçivəsində bir neçə yoxlama oyunu da keçirəcək. Qarşılaşmaların tarixi və keçiriləcəyi məkanlar barədə əlavə məlumat daha sonra veriləcək.

https://qalaba.az//uploads/photo/bolge-klubunun-hazirliq-plani-mueyyenleshib.webp