"Qarabağ", "Zirə" və "Beşiktaş"ın oyunları bu kanallarda - TV AFİŞA

"Qarabağ", "Zirə" və "Beşiktaş"ın oyunları bu kanallarda - TV AFİŞA

Bu gün UEFA Avropa Liqası və UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

QELEBE.AZ xəbər verir ki, Avropa Liqasında çıxış edən təmsilçimiz "Qarabağ" saat 20:00-da Bolqarıstanın ÇSKA (Sofiya) klubunu qəbul edəcək. Görüş CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.

Eyni saatda UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" Estoniyada "Payde"nin qonağı olacaq. Qarşılaşma İdman TV vasitəsilə canlı nümayiş olunacaq.

Günün maraqla gözlənilən digər matçında isə Türkiyə təmsilçisi "Beşiktaş" UEFA Avropa Liqasının II təsnifat mərhələsində Danimarkanın "Midtyulland" klubunu qəbul edəcək. İstanbulda keçiriləcək görüş 22:00-da başlayacaq və S Sport+ kanalında canlı yayımlanacaq.

23 iyul

UEFA Avropa Liqası

20:00. "Qarabağ" – ÇSKA (Sofiya) (CBC Sport)

22:00. "Beşiktaş" – "Midtyulland" (S Sport+)

UEFA Konfrans Liqası

20:00. "Payde" – "Zirə" (İdman TV)