"Arsenal" Tzolisi rəsmən açıqladı – Yunanıstanlı vingerlə 5 illik müqavilə
"Arsenal" heyətini Yunanıstan millisinin üzvü Kristos Tzolislə gücləndirib.
Apasport.az xəbər verir ki, London klubu 24 yaşlı futbolçunun transferini rəsmən açıqlayıb.
Yunanıstanlı vingerlə 2031-ci ilə qədər müqavilə imzalanıb. "Arsenal" "Brügge"yə bu keçid üçün 40 milyon avro ödəyib.
Tzolis son iki mövsümdə Belçikanın "Brügge" klubunda çıxış edib və komandanın əsas simalarından biri olub. O, daha əvvəl Yunanıstanın PAOK, İngiltərənin "Norviç", Niderlandın "Tvente" və Almaniyanın "Fortuna" klublarının da formasını geyinib.
Qeyd edək ki, Kristos Tzolis ötən mövsüm "Brügge"nin heyətində bütün turnirlərdə 52 oyuna çıxaraq 26 qol vurub və 30 məhsuldar ötürmə verib. Belçika çempionatında isə 36 matçda 17 qol və 23 assistlə mövsümün ən məhsuldar futbolçularından biri olub.

https://qalaba.az//uploads/photo/quotarsenalquot-tzolisi-resmen-achiqladi-yunanistanli-vingerle-5-illik-muqavile.webp