Amrabata Səudiyyə Ərəbistanından təklif – Qəbul edilmədi

Amrabata Səudiyyə Ərəbistanından təklif – Qəbul edilmədi

“Əl-İttihad” “Fənərbaxça”nın yarımmüdafiəçisi Sofyan Amrabatın transferi üçün hərəkətə keçib.

Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu bonuslarla birlikdə 15 milyon avroya yaxın təklifini İstanbul təmsilçisinə şifahi şəkildə çatdırıb.

“Fənərbaxça” rəhbərliyi isə mərakeşli futbolçunun transferi üçün 20 milyon avro tələb edir.

Tərəflər arasında danışıqların davam etdiyi bildirilir.

Qeyd edək ki, Sofyan Amrabat 2024-cü ilin yayında "Fiorentina"dan icarə əsasında "Fənərbaxça"ya keçib. İstanbul klubu daha sonra satınalma şərtindən istifadə edərək mərakeşli yarımmüdafiəçinin transfer hüquqlarını birdəfəlik əldə edib. O ötən mövsümü isə icarə əasında "Real Betis"də keçirib.