Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti oyunlar keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti oyunlar keçirilib

Qadın və kişi həndbolçularun Azərbaycan çempionatında növbəti iki turun oyunları keçirilib.

"Report"un məlumatına görə, qadınlar arasında XIII turun açılış matçında "İdman Akademiyası" "U-16" ilə qarşılaşıb. Görüş tələbələrin 41:23 hesablı üstünlüyü ilə başa çatıb.

Bu turun "Qarabağ" - "Azəryol" görüşü daha gərgin idman mübarizəsi şəraitində keçib. Bu qarşılaşmada qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq göstərən "Azəryol" rəqibi məğlubiyyətlə barışmağa məcbur edib - 35:31.

Maraqlıdır ki, U-16 və “İdman Akademiyası” komandalarının XIV turdakı dueli də eyni hesabla nəticələnib - 41:23. "Azəryol”la "Qarabağ"ın növbəti görüşü də gərgin mübarizə ilə yadda qalıb. Bir tur əvvəlki məğlubiyyətin əvəzini çıxmağa çalışan ağdamlıların yüksək əzmkarlığı azarkeşlər tərəfindən alqışla qarşılanıb. Gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasilevanın da izlədiyi matçda daha inamlı oyun nümayiş etdirən "Azəryol" 30:28 hesablı qələbəyə sevinib.

Aktivində 34 xalı olan "Azəryol" çempionatın lideridir. "İdman Akademiyası" ondan 14 xal geri qalır. "Qarabağ"ın 18, "Azərsu"nun 9, "U-16"nın 3 xalı var.

Kişi həndbolçuların ölkə çempionatının XIII turunun "Dinamo" - "Məhsul" görüşündə turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmaq niyyətində olan "dinamoçular" mübariz xarakter nümayiş etdiriblər. Oyun 27:22 hesabı ilə nominal ev sahibinin xeyrinə başa çatıb. "Dinamo" komandası eyni rəqiblə XIV tur matçında isə çətin qələbə qazanıb. Rəqibə ciddi müqavimət göstərən "Məhsul" həndbolçuları çox çalışsalar da, 1 top fərqi ilə məğlub olublar - 26:27.

10 oyundan sonra 27 xall toplayan "İdman Akademiyası" liderliyi davam etdirir. "Təhsil" 21 xalla 2-ci, "Dinamo" 18 xalla 3-cüdür. "Məhsul" 17 xalla 4-cü yerdədir. RİOEUGİM və U-16-nın hərəyə 3 xalı var. "Bakı" 1 xalla autsayderdir.

Komanda
Azərbaycan millisinin voleybolçusu İsrail klubuna keçib

Azərbaycan millisinin voleybolçusu İsrail klubuna keçib

Komanda
"Xarı Bülbül Şuşa" komandası yoxlama oyununda "Murov"a qalib gəlib

"Xarı Bülbül Şuşa" komandası yoxlama oyununda "Murov"a qalib gəlib

Komanda
ABŞ-ın basketbol millisi 11-ci dəfə dünya çempionu olub

ABŞ-ın basketbol millisi 11-ci dəfə dünya çempionu olub

Komanda
"Qarabağ"ın rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb

"Qarabağ"ın rəqibi Bundesliqada növbəti qələbəsini qazanıb

Komanda
Basketbol üzrə dünya çempionatında yarımfinalçılar bəlli olub

Basketbol üzrə dünya çempionatında yarımfinalçılar bəlli olub

Komanda
Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat alıb

Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat alıb

Komanda
Yüksək Liqa: Yeni ilin ilk oyununda "Azərreyl" qələbə qazanıb

Yüksək Liqa: Yeni ilin ilk oyununda "Azərreyl" qələbə qazanıb

Komanda
Azərbaycan millisinin üzvü Macarıstan çempionatının ən yaxşı legioneri olub

Azərbaycan millisinin üzvü Macarıstan çempionatının ən yaxşı legioneri olub

Komanda
“Murov”un Çağırış Kubokundakı növbəti rəqibinin adına aydınlıq gəlib

“Murov”un Çağırış Kubokundakı növbəti rəqibinin adına aydınlıq gəlib

Komanda
Azərbaycanın həndbol yığması bu gün Böyük Britaniya ilə qarşılaşacaq

Azərbaycanın həndbol yığması bu gün Böyük Britaniya ilə qarşılaşacaq

Komanda
"Azərreyl" Çağırış Kubokunda cavab oyununa çıxacaq

"Azərreyl" Çağırış Kubokunda cavab oyununa çıxacaq

Komanda
Basketbol üzrə Azərbaycan millisi yenidən FIBA reytinqinə salınıb

Basketbol üzrə Azərbaycan millisi yenidən FIBA reytinqinə salınıb