Kamal Umudluya avrokubok təyinatı – Albaniyada fit çalacaq
Azərbaycanın FIFA referisi Kamal Umudlu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək oyuna təyinat alıb.
Apasport.az xəbər verir ki, o, “Dinamo Siti” (Albaniya) – “Aluminiy” (Sloveniya) qarşılaşmasının baş hakimi olacaq.
Kamal Umudluya Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, cavab görüşü iyulun 30-da Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

https://qalaba.az//uploads/photo/kamal-umudluya-avrokubok-teyinati-albaniyada-fit-chalacaq.webp