"Zaqatala" baş məşqçisi ilə yollarını ayırdı – 9 illik yolun sonu
"Zaqatala" klubu baş məşqçi Rüstəm Məmmədovla yollarını ayırıb.
QELEBE.AZ xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər arasında müqavilənin müddəti başa çatıb və qarşılıqlı razılıq əsasında yenilənməyib.
Rüstəm Məmmədov 9 il ərzində "Zaqatala"da çalışıb. Onun rəhbərliyi altında komanda Azərbaycan I Liqasının gümüş və bürünc mükafatlarını, həmçinin Heydər Əliyev Kubokunun bürünc medallarını qazanıb.
"Zaqatala" klubu paylaşımında Rüstəm Məmmədova göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

https://qalaba.az//uploads/photo/quotzaqatalaquot-bash-meshqchisi-ile-yollarini-ayirdi-9-illik-yolun-sonu.webp