Elmir Çərkəzov dünya çempionatında 1/4 finala yüksəldi
Azərbaycanın yunan-Roma güləşçisi Elmir Çərkəzov Bakıda keçirilən U-17 dünya çempionatında növbəti mərhələyə adlayıb.
QELEBE.AZ xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/8 finalda Almaniya təmsilçisi Kristiano Libtsaytı 1:1 hesablı bərabərlikdən sonra sonuncu xal prinsipinə əsasən məğlub edərək 1/4 finala yüksəlib.
Çərkəzov buna qədər təsnifat mərhələsində qazaxıstanlı Nurali Askar üzərində 2:0 hesablı qələbə qazanmışdı.
Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın güləşçi mübarizə aparır. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.

https://qalaba.az//uploads/photo/elmir-cherkezov-dunya-chempionatinda-14-finala-yukseldi.webp