U-17 DÇ: Zöhrab Səfərov medal şansını itirdi

U-17 DÇ: Zöhrab Səfərov medal şansını itirdi

Bakıda keçirilən U-17 dünya çempionatında Azərbaycanın daha bir güləşçisi mübarizəni dayandırıb.

Apasport.az xəbər verir ki, yunan-Roma güləşi üzrə 92 kq çəki dərəcəsində çıxış edən Zöhrab Səfərov təsəlliverici görüşdə iranlı Əli Mehritalarpoştiyə 3:4 məğlub olub.

Bununla da Azərbaycan güləşçisi dünya çempionatında medal qazanmaq şansını itirib.

Qeyd edək ki, bu gün Azərbaycanın daha 4 qadın güləşçisi təsnifat mərhələsində, 2 yunan-Roma güləşçisi isə finalda mübarizə aparacaq.