“Qaziantep”in transfer qadağası ləğv edildi
Türkiyənin "Qaziantep" klubunun FIFA tərəfindən tətbiq olunan transfer qadağası aradan qaldırılıb.
Apasport.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin prezidenti Memik Yılmaz açıqlama yayıb.
Klub rəhbəri bildirib ki, əvvəlki dövrlərə aid borclar tam şəkildə ödənilib və bunun nəticəsində FIFA-dakı bütün işlər bağlanıb:
"FIFA tərəfindən əvvəlki dövr borclarına görə tətbiq edilən müvəqqəti transfer qadağasına səbəb olan bütün öhdəliklər klubumuz tərəfindən yerinə yetirilib. Bununla əlaqədar FIFA-dakı bütün dosyelərimiz bağlanıb və komandamıza tətbiq olunan transfer qadağası rəsmi olaraq ləğv edilib".
Qeyd edək ki, "Qaziantep" transfer qadağasının götürülməsindən sonra yeni futbolçuları rəsmən qeydiyyatdan keçirə biləcək.

https://qalaba.az//uploads/photo/qaziantepin-transfer-qadagasi-legv-edildi.webp