KL: “Zirə” Sumqayıtda Estoniya klubuna qarşı – YENİLƏNİR

KL: “Zirə” Sumqayıtda Estoniya klubuna qarşı – YENİLƏNİR

Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Zirə” Sumqayıtda Estoniyanın “Payde” klubunu qəbul edəcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

Tərəflər arasında Estoniyada keçirilən ilk görüş “Payde”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu cütün qalibi III təsnifat mərhələsində Avstriyanın “Rapid” klubu ilə qarşılaşacaq.

UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu

20:00. “Zirə” – “Payde”

Hakimlər: Patrik Kolariç, İvan Yaniç, Dino Knez, Patrik Pavleşiç (hamısı Xorvatiya)

Stadion: Sumqayıt şəhər stadionu

İlk oyun: 0:1