Şotlandiyalı hakim 5-ci dəfə Azərbaycan komandasının oyununa təyinat alıb

Şotlandiyalı hakim 5-ci dəfə Azərbaycan komandasının oyununa təyinat alıb

UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” klubu ilə “Qarabağ” arasında keçiriləcək cavab oyununu idarə edəcək Uilyam Kollam 5-ci dəfə Azərbaycan komandalarının oyununda ədaləti qoruyacaq.

“Report”un məlumatına görə, şotlandiyalı referi Azərbaycan millisinin üç, “Neftçi”nin isə bir rəsmi görüşündə iş başında olub.

Kollam ilk olaraq DÇ-2010-un seçmə mərhələsində yığmanın Finlandiya ilə səfər qarşılaşmasında fit çalıb. 2008-ci il oktyabrın 11-nə təsadüf edən görüşdə ev sahibləri penaltidən vurduqları yeganə qol sayəsində qələbə qazanıblar. Şotlandiyalı həmin matçda 5 dəfə əlini cibinə atıb ki, bunun üçündə Azərbaycan oyunçularına (Branimir Subaşiç, Saşa Yunisoğlu, Araz Abdullayev) sarı vərəqə göstərib.

Kollam AVRO-2016-nın seçmə mərhələsi üçün bu dəfə Bakıya səfər edib. 2015-ci il oktyabrın 10-da milli Bakı Olimpiya Stadionunda İtaliyaya 1:3 hesabı ilə uduzub. Bu oyunda Maksim Medvedev sarı, Bədavi Hüseynov qırmızı vərəqə ilə cəzalandırılıb.

Uilyam Kollamın Bakıya növbəti səfərini də uğurlu saymaq olmaz. Avropa Liqasının 2021/2022 mövsümündə o, III təsnifat mərhələsinin “Neftçi” – HIK (Finlandiya) qarşılaşmasına təyinat alıb. 2021-ci il avqustun 3-dəki görüş 2:2 hesabı ilə yekunlaşıb və cavab matçında 3:0 hesablı qələbə qazanan finlandlar mərhələ adlayıblar. Xəyal Nəcəfov, Harramiz Soares və Fəhmin Muradbəyli şotlandiyalı referinin sarı vərəqə göstərdiyi oyunçular olublar.

UEFA 2022-ci ildə də Azərbaycan yığmasının matçını Kollama həvalə edib. O, Millətlər Liqasının qrupunda sentyabrın 22-də Slovakiya ilə səfər görüşündə ədalət təmsilçisi olub. Yığmamızın 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada hazırda “Qarabağ”da çıxış edən Şahruddin Məhəmmədəliyev, Riçard Almeyda, eləcə də Amin Seydiyev sarı vərəqə alıblar.

44 yaşlı Villiam Kollam 2006-cı ildən FIFA referisidir.

Qeyd edək ki, fevralın 23-də keçiriləcək “Gent” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Futbol
"Qalatasaray" Arda Turan üçün vida matçı təşkil edəcək

"Qalatasaray" Arda Turan üçün vida matçı təşkil edəcək

Futbol
Taleyi öz əlində olan “Qarabağ”: Uğursuz seriyaya son qoyulacaqmı? – ŞƏRH

Taleyi öz əlində olan “Qarabağ”: Uğursuz seriyaya son qoyulacaqmı? – ŞƏRH

Futbol
DÇ-2022: Qətər - Seneqal oyunu başlayıb

DÇ-2022: Qətər - Seneqal oyunu başlayıb

Futbol
“Çelsi” Tomas Tuxeli istefaya göndərib

“Çelsi” Tomas Tuxeli istefaya göndərib

Futbol
İtaliya yığmasının sabiq futbolçusu 58 yaşında vəfat edib

İtaliya yığmasının sabiq futbolçusu 58 yaşında vəfat edib

Futbol
Antuan Kombuare: "Qarabağ"la oyun finala bərabərdir"

Antuan Kombuare: "Qarabağ"la oyun finala bərabərdir"

Futbol
Avropa Liqası: "Qarabağ" ən uzun "quru" seriyaya malik 3 komandadan biridir

Avropa Liqası: "Qarabağ" ən uzun "quru" seriyaya malik 3 komandadan biridir

Futbol
İbrahimoviç: “Fransanın mənə ehtiyacı var, mənə Fransa lazım deyil”

İbrahimoviç: “Fransanın mənə ehtiyacı var, mənə Fransa lazım deyil”

Futbol
Pele ilə vida mərasiminə qatılmayan futbolçular tənqidlərə məruz qalıblar

Pele ilə vida mərasiminə qatılmayan futbolçular tənqidlərə məruz qalıblar

Futbol
FİFA-ya İranın DÇ-2022-dən kənarlaşdırılması xahişi ilə müraciət edilib

FİFA-ya İranın DÇ-2022-dən kənarlaşdırılması xahişi ilə müraciət edilib

Futbol
Benzema "Real"la müqaviləni uzadacaq

Benzema "Real"la müqaviləni uzadacaq

Futbol
Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə yekun vurulub

Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə yekun vurulub