Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer

Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer

İngiltərə Premyer Liqasının debütantı "Hall Siti" yeni mövsüm üçün heyətini gücləndirməyə davam edir.

QELEBE.AZ xəbər verir ki, Acun Ilıcalının sahibi olduğu komanda seneqallı müdafiəçi Nobel Mendinin transferi üçün İspaniyanın "Rayo Valyekano" klubu ilə razılığa gəlib.

Bu barədə jurnalist Markos Benito məlumat yayıb.

Məlumata görə, tərəflər 20 milyon avro və bonuslar qarşılığında transfer müqaviləsini imzalayıblar.

Keçid çərçivəsində futbolçunun sabiq klubu olan İspaniya təmsilçisi "Betis" də gəlir əldə edəcək. Belə ki, Sevilya klubu növbəti satışdan pay maddəsinə əsasən 4 milyon avro qazanacaq.

Qeyd edək ki, 22 yaşlı mərkəz müdafiəçisi ötən mövsüm "Rayo Valyekano"nun heyətində bütün turnirlərdə 34 oyuna çıxaraq 2 qol vurub və 1 məhsuldar ötürmə verib.