İtaliya futbolunun əfsanəsi Franko Barezi vəfat edib

İtaliya futbolunun əfsanəsi Franko Barezi vəfat edib

İtaliyanın "Milan" klubunun əfsanəvi kapitanı Franko Barezi 66 yaşında vəfat edib.

Apasport.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klubun açıqlamasında əfsanəvi müdafiəçinin ölümünün böyük itki olduğu vurğulanıb:

"Milan"ın tarixi göz yaşı tökür. Franko Barezinin aramızdan ayrılması bizi dərin kədərə qərq edib. Onun örnək duruşu və klubumuza təsiri, əfsanəvi 6 nömrəsi kimi, "Milan"ın DNT-sinin ayrılmaz hissəsi olaraq əbədi yaşayacaq. Franko Barezinin ailəsinə dərin hüznlə başsağlığı veririk. Bu acını hər bir "rossoneri" azarkeşi bölüşür".

Bildirilir ki, Barezi 2025-ci ilin avqustunda ağciyərində aşkarlanan düyün səbəbindən əməliyyat olunmuşdu. O, son dövrlər davam edən sağlamlıq problemləri ilə mübarizə aparırdı.

Qeyd edək ki, Franko Barezi "Milan"ın heyətində 20 mövsüm ərzində 716 rəsmi oyuna çıxıb və klub tarixinin ən böyük simalarından biri kimi yadda qalıb. Onun geyindiyi 6 nömrəli forma klub tərəfindən əbədiləşdirilib. Barezi karyerası ərzində 6 dəfə İtaliya A Seriyasının, 3 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə Qitələrarası Kubokun qalibi olub. O, İtaliya millisində 81 oyun keçirib, 1982-ci il dünya çempionu olan heyətdə yer alıb, 1994-cü il dünya çempionatında isə komandanın kapitanı kimi finala çıxıb.

Futbol
"Neftçi" - "Qarabağ" oyununun başlama saatı açıqlanıb

"Neftçi" - "Qarabağ" oyununun başlama saatı açıqlanıb

Futbol
"Kəpəz" Antalyadakı ilk yoxlama oyununda qələbə qazanıb

"Kəpəz" Antalyadakı ilk yoxlama oyununda qələbə qazanıb

Futbol
Azərbaycan Kuboku: "Qəbələ" "Qarabağ"a qalib gələrək yarımfinala yüksəlib

Azərbaycan Kuboku: "Qəbələ" "Qarabağ"a qalib gələrək yarımfinala yüksəlib

Futbol
"Formula 1": Sinqapur Qran Prisinin qalibi bəlli olub

"Formula 1": Sinqapur Qran Prisinin qalibi bəlli olub

Futbol
"Neftçi"nin futbolçusu Gürcüstan millisinə dəvət alıb

"Neftçi"nin futbolçusu Gürcüstan millisinə dəvət alıb

Futbol
DÇ-2022: İran Uelsə qalib gəlib

DÇ-2022: İran Uelsə qalib gəlib

Futbol
İngiltərə Premyer Liqası: “Liverpul” qol vurmadan “Lester”i yenib

İngiltərə Premyer Liqası: “Liverpul” qol vurmadan “Lester”i yenib

Futbol
"Qarabağ" UEFA Avropa Liqası ilə vidalaşıb

"Qarabağ" UEFA Avropa Liqası ilə vidalaşıb

Futbol
Edin Dzeko Droqbaya çatıb, hədəfdə Ronaldu var

Edin Dzeko Droqbaya çatıb, hədəfdə Ronaldu var

Futbol
"Liverpul" altı futbolçusunu komandadan göndərmək istəyir

"Liverpul" altı futbolçusunu komandadan göndərmək istəyir

Futbol
Qətər 12 il ərzində dünya çempionatına 300 milyard dollar xərcləyib

Qətər 12 il ərzində dünya çempionatına 300 milyard dollar xərcləyib

Futbol
Azərbaycan Premyer Liqası: Tur autsayderlərin dueli ilə start götürür

Azərbaycan Premyer Liqası: Tur autsayderlərin dueli ilə start götürür