“Şamaxı”nın 13 yaşlı futbolçusu vəfat edib

“Şamaxı”nın 13 yaşlı futbolçusu vəfat edib

“Şamaxı” klubunun aşağı yaş qrupu komandasında ağır itki baş verib.

Apasport.az xəbər verir ki, U-13 komandasının üzvü Seyidəli Babazadə faciəvi şəkildə vəfat edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Şamaxı” rəhbərliyi bununla bağlı başsağlığı paylaşaraq mərhuma Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbir diləyib.