Renar yenidən Fildişi Sahili millisində

Renar yenidən Fildişi Sahili millisində

Fildişi Sahili millisinin baş məşqçi postuna Erve Renar təyin olunub.

Apasport.az xəbər verir ki, bu barədə Afrika təmsilçisinin futbol federasiyası məlumat yayıb.

Fransalı mütəxəssis daha əvvəl, 2014-2015-ci illərdə də bu komandaya rəhbərlik edib.

Renar məşqçilik karyerası ərzində Zambiya, Anqola, Mərakeş, Səudiyyə Ərəbistanı və Tunis millilərini, həmçinin Fransa, İngiltərə, Vyetnam və Əlcəzair klublarını çalışdırıb.

Qeyd edək ki, Fildişi Sahili millisi 2026-cı il dünya çempionatında 1/16 finala yüksəlsə də, bu mərhələdə Norveçə 1:2 hesabı ilə uduzub. Renar isə Afrika Millətlər Kubokunu həm Zambiya, həm də Fildişi Sahili millisi ilə qazanmağı bacarıb.