Məhəmməd Salah İstanbulda
“Trabzonspor”un transfer etdiyi misirli hücumçu Məhəmməd Salah İstanbula gəlib.
QELEBE.AZ xəbər verir ki, 34 yaşlı futbolçu istirahətdə olduğu Yunanıstanın Mikonos adasından xüsusi təyyarə ilə Atatürk Hava Limanına eniş edib.
“Trabzonspor”un prezidenti Ərtoğrul Doğanın avtomobili ilə hava limanını tərk edən Salah tibbi müayinədən keçmək üçün xəstəxanaya yollanıb.
Qeyd edək ki, misirli futbolçunun “Trabzonspor”la iki illik müqavilə imzalaması gözlənilir.

https://qalaba.az//uploads/photo/mehemmed-salah-istanbulda.webp