Çimərlik voleybolu üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsi başa çatıb

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsi başa çatıb

Çimərlik voleybolu üzrə ölkə çempionatı keçirilir.

Apasport.az xəbər verir ki, Bakı Su İdmanı Sarayında təşkil olunan yarışın üçüncü günündə yarımfinal görüşləri, həmçinin kişilər arasında üçüncü yer uğrunda oyun keçirilib.

Kişilərin yarışında "Sağlam Həyat-2" komandasını 2:0 hesabı ilə məğlub edən FHN-1 kollektivi ölkə çempionatının bürünc medalına sahib çıxıb.

Sabah baş tutacaq qadınlar arasında üçüncü yer uğrunda oyunda isə "Milli Aviasiya Akademiyası-1" və "Milli-1" komandaları üz-üzə gələcəklər.

Avqustun 8-də keçiriləcək qadınların finalında "Azərreyl Salam" komandası "Azərreyl Salam Sharing"lə, kişilərin finalında isə FHN-2 komandası "Djevo" ilə qarşılaşacaq.

Final oyunlarından sonra mükafatlandırma mərasimi olacaq.

Qeyd edək ki, ölkə çempionatının qalibləri 2026-cı ildə keçiriləcək çimərlik voleybolu üzrə klublararası CEV Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar.