Simeone: “Alvares bizim üçün çox vacibdir”

Simeone: “Alvares bizim üçün çox vacibdir”

"Atletiko”nun baş məşqçisi Dieqo Simeone komandanın hücumçusu Xulian Alvaresin gələcəyi ilə bağlı vəziyyəti şərh edib.

Apasport.az xəbər verir ki, argentinalı mütəxəssis Madrid klubunun futbolçu ilə bağlı mövqeyinin artıq müəyyənləşdiyini bildirib:

“Klub qərarını verib və Migel Anxel Xil Marin bunu çox yaxşı izah edib. Futbol baxımından Xulian kimi futbolçunun komandamızda olmasından çox məmnunuq. Onun inkişafını davam etdirməsinə və daha yaxşı olmasına kömək edəcəyik”.

 

Qeyd edək ki, Xulian Alvarez ötən yay “Mançester Siti”dən “Atletiko”ya transfer olunub. 26 yaşlı hücumçu 2025/2026 mövsümündə bütün turnirlərdə 54 oyunda 31 qol vurub və 11 məhsuldar ötürmə edib.