“Kəpəz”in gürcü legioneri: “Əminliklə deyə bilərəm ki, komanda Premyer Liqada qalacaq” - MÜSAHİBƏ

“Kəpəz”in gürcü legioneri: “Əminliklə deyə bilərəm ki, komanda Premyer Liqada qalacaq” - MÜSAHİBƏ

“Kəpəz”in futbolçusu Mate Kvirkviya peşəkar karyerasına 2013-cü ildə - 17 yaşında ölkəsi Gürcüstanda “VIT Corciya” klubunun heyətində başlayıb.

O, Azərbaycana gələnə qədər vətənində “Zestafoni”, “Dila”, “Torpedo” (Kutaisi), “Rustavi”, Batumi “Dinamo”su, Tbilisi “Dinamo”su, “Samtrediya” və “Qarqa” kimi klubların formasını geyinib.

Gürcüstanın U-19 və U-21 yığmalarında çıxış etmiş 27 yaşlı vinger Gəncə təmsilçisinə 2022-ci ilin yayında qoşulub. Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümündə 22 matça çıxan Kvirkviya ilk qollarını geridə qalan turda “Şamaxı” ilə görüşdə vurub.

Komandasının 3:2 hesablı qələbəsinə dublla töhfə verən Mate Kvirkviya “QELEBE.AZ”un suallarını cavablandırıb.

- Premyer Liqanın XXIII turunda “Şamaxı” ilə oyunu yaxşı keçirməsəniz də, sonda 3:2 hesablı qələbə qazandınız. Özünüz oyundan razı qaldınız?
- Çox çətin, gərgin görüş oldu. Emosiyalarla dolu mübarizə keçdi. Yalnız qələbə qazanmaq istəyirdik. Bunun baxımlı oyunla əldə olunması vacib deyildi. Deyərdim ki, ən zəif oyunumuzu keçirdik. Əsas odur ki, qalib gəldik və vəziyyəti bir qədər yaxşılaşdırdıq. Bu 3 xal növbəti matçlarda bizə kömək edəcək.

- Qış fasiləsindən sonra ilk qələbənizi qazandınız. Əvvəlki 4 matçda bunu reallaşdırmağınıza nə mane olurdu?
- Bəzi uğursuzluqlarımız oldu. Problemlər var idi, bəzi görüşlərdə aparıcı oyunçularımızın yoxluğu hiss olunurdu. Bu, uğursuzluğa səbəb olan amillər idi.

- “Qəbələ” və “Qarabağ” kimi güclü komandalardan xal alsanız da, turnir cədvəlinin aşağı pillələrində olan rəqiblərə uduzdunuz. Bu vəziyyət sizə qəribə gəlmir?
- Bütün komandalara qarşı eyni formada çıxış etdik. Hətta deyərdim ki, “Qarabağ”a qalib gələ də bilərdik. Çox təəssüf ki, bəxtimiz gətirmədi. Konsentrasiya ilə bağlı problem də var. Bunun üzərində çalışırıq, vəziyyəti mütləq düzəldəcəyik.

- Son pillədən qurtulsanız da, təhlükə davam edir. “Kəpəz”in Premyer Liqada qalmaq şansı nə qədərdir?
- Əminliklə deyə bilərəm ki, “Kəpəz” Premyer Liqada qalacaq. Biz bunu birlikdə edə bilərik. Bir-birinə bağlı kollektivimiz var. Bu da özümüzdən əmin danışmağımıza imkan verir.

- Adətən Azərbaycana gələn əcnəbi futbolçular Bakıda qalmaq istəyirlər. Gəncədə qalmaq darıxdırıcı deyilmi? Yoxsa Gürcüstana yaxın olduğu üçün sizə sərf edir?
- Gəncədə qalmaqda heç bir problemim yoxdu. Əksinə, burada özümü çox yaxşı hiss edirəm. Gürcüstana yaxın olduğu üçün demirəm. Yaxşı şəhər olduğuna görə burada olmağı xoşlayıram.

- İlk dəfədir vətəndən kənarda çıxış edirsiniz. Azərbaycanla Gürcüstan futbolu arasında hansı fərqlər var?
- Bəli, bu, mənim ölkə xaricində ilk macəramdır. Gürcüstanla Azərbaycan çempionatı arasındakı fərqi görürəm. Burada futbol daha sürətlidir. İnfrastruktur yüksək səviyyədə təşkil olunub ki, bu da futbolçulara daha yaxşı oynamaq imkanı verir.

- Maraqlıdır, “Kəpəz” Gürcüstan çempionatında çıxış etsə, hansı yerlərə iddia edə bilər?
- Fikrimcə, “Kəpəz” bu heyətlə Gürcüstan çempionatında avrokuboklara vəsiqə uğrunda mübarizə aparardı.

- Azərbaycanla Gürcüstan klublarının büdcələrini də müqayisə edərdiniz. Məsələn, Gürcüstandakı məvacibinizlə buradakı arasında fərq çoxdur?
- Azərbaycan klubları maliyyə baxımdan Gürcüstan komandalarından daha stabildirlər. Bu, həm də çempionatın daha yüksək səviyyədə keçilməsinə şərait yaradır.

Futbol
Avropa Liqasında qrup mərhələsinə yekun vurulub

Avropa Liqasında qrup mərhələsinə yekun vurulub

Futbol
Mahir Emreli: "Qurban Qurbanov bizim dəyərimizdir"

Mahir Emreli: "Qurban Qurbanov bizim dəyərimizdir"

Futbol
Azərbaycan millisi tarixi nəticəyə imza atıb

Azərbaycan millisi tarixi nəticəyə imza atıb

Futbol
Hamidu Keyta: “Didye Droqbanın oyununu sevirdim”

Hamidu Keyta: “Didye Droqbanın oyununu sevirdim”

Futbol
Rəşad Sadıqov “Zirə”nin futbolçusu ilə mübahisə edib

Rəşad Sadıqov “Zirə”nin futbolçusu ilə mübahisə edib

Futbol
"Sumqayıt"ın futbolçusu Premyer Liqada meydana çıxan ən gənc oyunçu olub

"Sumqayıt"ın futbolçusu Premyer Liqada meydana çıxan ən gənc oyunçu olub

Futbol
Elxan Məmmədov FIFA prezidenti ilə birlikdə Almaniyada səfərdə olub

Elxan Məmmədov FIFA prezidenti ilə birlikdə Almaniyada səfərdə olub

Futbol
Messi "Barselona"ya qayıtmaq üçün şərtini açıqlayıb

Messi "Barselona"ya qayıtmaq üçün şərtini açıqlayıb

Futbol
AFFA rəsmisi və "Qarabağ"ın nümayəndəsi UEFA-nın tədbirinə qatılıb

AFFA rəsmisi və "Qarabağ"ın nümayəndəsi UEFA-nın tədbirinə qatılıb

Futbol
Emin Mahmudov: "Qarabağ" ikinci hissədə oynamağa imkan vermədi"

Emin Mahmudov: "Qarabağ" ikinci hissədə oynamağa imkan vermədi"

Futbol
Azərbaycanda işləmiş mütəxəssis "Qarabağ"ın oyunu ilə bağlı proqnoz verib

Azərbaycanda işləmiş mütəxəssis "Qarabağ"ın oyunu ilə bağlı proqnoz verib

Futbol
Millətlər Liqası: Azərbaycan yığmasının 4 futbolçusu rəmzi komandaya düşüb

Millətlər Liqası: Azərbaycan yığmasının 4 futbolçusu rəmzi komandaya düşüb