“Çelsi”də təmizləmə əməliyyatı

“Çelsi”də təmizləmə əməliyyatı

İngiltərənin “Çelsi” klubu yeni mövsüm öncəsi heyətdə ciddi dəyişikliklər etməyə hazırlaşır.

QELEBE.AZ xəbər verir ki, London təmsilçisi əsas komandanın heyətini azaltmaq məqsədilə 15 futbolçu ilə yollarını ayırmağı planlaşdırır.

Bu barədə BBC məlumat yayıb.

Mənbənin iddiasına görə, “zadəganlar” yeni mövsümlə bağlı tələblərə uyğun olaraq heyətindəki futbolçuların sayını 25-ə endirmək istəyir. Baş məşqçi Xabi Alonso da daha kompakt heyətlə işləmək niyyətindədir.

Hazırda əsas komanda ilə məşqlərə belə qatılmayan Benua Badiaşil, Aksel Disasi, Mark Giu, David Datro Fofana və Kaleb Uaylinin də gələcəyi qeyri-müəyyəndir.

“Çelsi”dən ayrılması gündəmdə olan futbolçular bunlardır:

Benua Badiaşil, Aksel Disasi, Mark Giu, David Datro Fofana, Kaleb Uayli, Filip Yorgensen, Mamadu Sarr, Dario Essuqo, Mixaylo Mudrik, Nikolas Cekson, Liam Delap, Malo Qusto, Emmanuel Emeqa, Pedro Neto və Kendri Paes.

Qeyd edək ki, London klubu heyəti nəzərdə tutulan səviyyəyə endirmək üçün ümumilikdə 15 futbolçu ilə yollarını ayırmalıdır.