Lionel Messinin atasının vida mərasimi keçirilib - FOTO

Lionel Messinin atasının vida mərasimi keçirilib - FOTO

Ötən gün “İnter Mayami”nin hücumçusu Lionel Messinin vəfat edən atası Xorxe Messinin vida mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, mərasim Argentinada baş tutub.

Vida mərasimindən sonra Lionel Messi ailə üzvləri ilə birlikdə gücləndirilmiş təhlükəsizlik tədbirlərinin görüldüyü qəbiristanlığı tərk edib.

Qeyd edək ki, Xorxe Messi 68 yaşında Rosario şəhərindəki klinikalardan birində vəfat edib. Onun uzun müddət xəstəliklə mübarizə apardığı bildirilsə də, xəstəliyin adı açıqlanmayıb.