Rumıniyada 5 medal

Rumıniyada 5 medal

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə “Yon Kornianu & Ladislav Simon” turniri keçirilib.

QELEBE.AZ xəbər verir ki, memorialda ölkəmizi yunan-Roma güləşi üzrə millinin üzvləri təmsil edib.

Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Rövşən Bayramovun rəhbərliyi altında ənənəvi yarışda mübarizə aparan güləşçilərimiz 5 medal qazanıb. Fərid Sadıxlı (55 kq), Fərid Xəlilov (67 kq), Qurban Qurbanov (87 kq) və Məzaim Mərdanov (130 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlkin Qurbanov (63 kq) isə bürünc medal qazanıb.

Millimiz komanda hesabında 2-ci yeri tutub.