11 il əvvəl “Fənərbaxça”nın avtobusuna edilən silahlı hücumla bağlı 5 nəfər tutulub
“Fənərbaxça”nın avtobusuna silahlı hücumla bağlı 5 nəfər tutulub.
NTV xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib.
Qeyd edək ki, bu ilin may ayında ədliyyə naziri Akın Gürlein tapşırığı ilə 4 aprel 2015-ci ildə “Fənərbaxça” futbol klubunun avtobusuna edilən silahlı hücumla bağlı istintaq bərpa olunub.
Xatırladaq ki, 11 il əvvəl Türkiyədə “Fənərbaxça” futbol klubunun avtobusuna silahlı hücum olub. Hadisə “Çaykur Rizəspor” oyunundan sonra içərisində “Fənərbaxça” klubunun üzvlərinin olduğu avtobus Trabzon aeroportuna gedərkən Rizə-Trabzon yolunda baş verib. Avtobusun sürücüsü yaralanaraq xəstəxanaya yerləşdirilib.

https://qalaba.az//uploads/photo/11-il-evvel-fenerbaxchanin-avtobusuna-edilen-silahli-hucumla-bagli-5-nefer-tutulub.webp











