“Çelsi” qapıçısını Liqa 1-ə göndərdi - RƏSMİ
“Çelsi” qapıçısı Filip Yorgenseni Fransanın “Strazburq” klubuna göndərib.
Apasport.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Danimarkalı qolkiper mövsümün sonuna qədər Liqa 1 klubunda icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Yorgensen 2024-cü ildən “Çelsi”nin formasını geyinir. O, ötən mövsüm London klubunun heyətində 12 matça çıxıb, 17 qol buraxıb. Qapıçı 2 görüşdə qapısını toxunulmaz saxlayıb.

https://qalaba.az//uploads/photo/chelsi-qapichisini-liqa-1-e-gonderdi-resmi.webp