Premyer Liqada futbolçu mübadiləsi

Premyer Liqada futbolçu mübadiləsi

“Everton” və “Kristal Pelas” futbolçu mübadiləsi həyata keçirib.

Apasport.az xəbər verir ki, Liverpul təmsilçisi vinger Brennan Consonu heyətinə qatıb.

25 yaşlı futbolçu “Everton”la 2030-cu ilin yayına qədər müqavilə imzalayıb. London klubuna isə Duayt Maknil keçib. 26 yaşlı cinah yarımmüdafiəçisi “Kristal Pelas”la 4 illik sözləşmə bağlayıb.

Qeyd edək ki, Brennan Conson 2026-cı ilin yanvarından “Kristal Pelas”da çıxış edirdi. O, London klubuna “Tottenhem”dən keçmişdi. Duayt Maknil isə 2022-ci ildən “Everton”un formasını geyinirdi.