İsveç çempionatının bombardiri "Sevilya"da - RƏSMİ
“Sevilya” heyətini yeni futbolçu ilə gücləndirib.
QELEBE.AZ xəbər verir ki, İspaniya klubu “Sirius”un hücumçusu Robbi Yuru transfer edib.
22 yaşlı futbolçu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb. La Liqa təmsilçisi bu keçid üçün qarşı tərəfə bonuslarla birgə 9 milyon avro ödəyib.
Qeyd edək ki, şotlandiyalı hücumçu İsveç çempionatının cari mövsümündə bombardirlər siyahısına başçılıq edir. O, 15 matçda 15 qol vurub və 2 məhsuldar ötürmə edib.

https://qalaba.az//uploads/photo/isvech-chempionatinin-bombardiri-quotsevilyaquotda-resmi.webp