Macarıstan millisinin üzvü “Neftçi”də - RƏSMİ

Macarıstan millisinin üzvü “Neftçi”də - RƏSMİ

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

QELEBE.AZ xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Bakı təmsilçisi Macarıstanın ZTE klubunda çıxış edən Alen Şkribeki transfer edib.

25 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.

Şkribek karyerası ərzində yalnız Macarıstan klublarında çıxış edib. Onun son komandası ZTE olub. Futbolçu 2026/2027 mövsümündə ölkə çempionatının ilk üç turunda komandasının heyətində meydana çıxıb və üç məhsuldar ötürmə ilə yadda qalıb.

O, ötən mövsüm ZTE-nin heyətində 37 oyunda 11 qol və 5 məhsuldar ötürmə müəllifi olub.

Universal futbolçu olan Şkribek yarımmüdafiənin mərkəzində və "10 nömrə" mövqeyində çıxış edə bilir. Hər iki ayağından istifadə edən oyunçu sağ və sol cinah yarımmüdafiəçisi kimi də oynayır.

Macarıstanlı futbolçu 2023/2024 mövsümündə "Pakş"ın heyətində ölkə kubokunun qalibi olub.

Şkribek 2021-2022-ci illərdə Macarıstanın U-21 millisində 11 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.